Vəkil ilə iş nədən başlayır? - MÜNASİBƏT BİLDİRİLDİ

Vəkil ilə iş nədən başlayır? - MÜNASİBƏT BİLDİRİLDİ

"AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNUN 5-ci maddəsinə əsasən, Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, işin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir: "Həmin Qanunun 19-cu maddəsinə əsasən, Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir

Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır.

Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir.

Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə