“Cəmiyyətimizdə hələ də qadınlar ikinci dəfə ailə həyatı qurduqda qınanılır və çoxlu suallar olur. Qız analarının xüsusilə qınanılmasının da səbəbi odur ki, "Ana qız uşağının təhlükəsizliyini düşünmür". Yəni, bu ana cinsi istismar və zorakılıq kimi hallardan qızını qorumamış kimi hesab edilir. Əslində, bu, ciddi bir addımdır. Çünki nə qədər acı olsa da, bütün dünyada doğma ata, əmi, dayı və qardaşların qız uşaqlarına qarşı zorakılıqetmə faktı var. Yad bir kişinin kiçik qız uşağı ilə bir evdə olması insanlarda suallar doğurur. Ortaya belə bir sual çıxır ki, "Bəs, bu qadınlar ikinci dəfə ailə qurmasınmı?". Əlbəttə, qursunlar. Məsələ bu deyil. İstismarı əgər doğma insanlar belə öz yaxınına edirsə, burada əsas olan qarşı tərəfin psixoloji sağlamlığıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, əgər insan kiçik yaşlı uşaqlara cinsi meyil göstərirsə, bu, psixoloji pozuntudur: “Bəzən qadınlar soruşur: "Biz bunun qarşısını necə ala bilərik?". Heç kəsin alnına yazılmır ki, o pedofildir. Bəzi şeylər var ki, insan bunu özü-özündə hiss edə bilmir və anidən baş verir.
Qadınları qınamaq lazım deyil. Onlara necə dəstək verə biləcəyimizi və onları necə anlayacağımızı düşünməliyik. Kənardan qınamaq necə də asandır. Qadın tək yaşayanda da qınanılır: "Bu cür həyat tərzi yaşayırsan". İnsanlara tövsiyəm odur ki, empati qurmağı və özünü başqasının yerinə qoymağı bacarsınlar.
İkinci tövsiyəm də odur ki, ikinci dəfə ailə quran qadınlar daha çox camatın qınağına diqqət etməkdənsə, ailə qurduğu insanı daha yaxşı anlamağa və tanımağa çalışsınlar. Onun psixoloji durumunu süzgəcdən keçirsinlər”.
“Bəlkə də hər kəs bu qadınları pis niyyətlə qınamır. Amma qınamaq yaxşı birşey də deyil. Bəzən insanlar bunu bir-birilərini qorumaq və yaxud ayıltmaq üçün qınaq vasitəsindən istifadə edirlər. Amma icazə alıb faktlarla insanlara tövsiyə vermək daha yaxşıdır. Bu zaman həm özümüzü daha faydalı hiss edərik, həm də qarşı tərəf aqressiya saçmaz",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB