BANM tələbələri “PAŞA Holdinq”in “Əlaçı” təqaüd proqramını uğurla başa vurub

BANM tələbələri “PAŞA Holdinq”in “Əlaçı” təqaüd proqramını uğurla başa vurub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “PAŞA Holdinq”in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramını uğurla başa vurublar. BANM-dən SİA-ya verilən məlumata görə, biznesin idarə edilməsi ixtisasının III kurs tələbələri Həmid Həşimzadə və İlahə Hacıyeva, eləcə də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Fidan Quliyeva və Nərmin Mamedova proqrama müraciət etmiş 2100-dən çox tələbə arasından seçilib, 110 tələbə arasında öz adlarını yazdırmağı bacarıblar.

“Əlaçı” proqramı tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan birillik təqaüd proqramıdır. Tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər, eləcə də “PAŞA Holding”, “PAŞA Sığorta” və “PAŞA Technology” şirkətlərindən olan mütəxəssislərlə görüşlər təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə