Oğuzun yeni icra başçısı kollektivə təqdim olunub

Azərbaycan Prezidentinin Sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Cavid Teyrun oğlu Əbdul-Qədirov bu gün kollektivə təqdim olunub. SİA xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.

Təqdimatda Z.Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

C.Əbdul-Qədirov ona göstərilən etimada görə minnətdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə