Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

İyulun 17-si saat 10:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-sı günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, yağıntının miqdarı Şahdağda 11, Qrız, Xınalıqda 5, Şəki, Xaltan, Şabran, Qusar, Altıağac, Daşkəsən, Göygöl, Oğuz, İsmayıllı, Yevlax, Göyçayda 3 millimetrədək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə