Bağçalara qeydiyyat başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı başlayıb. SİA xəbər verir ki, uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

Qeydiyyatdan sonra uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə iyulun 19-u, Bakı şəhəri üzrə isə iyulun 26-dan başlayacaq.

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır.

Məlumat üçün bildirək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olacaq.

Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə