Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü könüllü qanvermə aksiyaları keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.
Qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir.
Aksiyalar səhər 9:00-dan başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə