Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün, iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir. SİA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, "ASAN Radio"nun direktoru Emin Musəvi, "Türk Hava Yolları" şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, 43 qeyri hökumət təşkilatının üzvləri, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirlər.

200-dən çox insanın iştirak etdiyi qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə