Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə yubanıb

“Bakı Metropoliteni” QSC-nin "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması üzrə işarə sistemi işə düşüb. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə