Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri Milli Xalça Muzeyi ilə tanış olublar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlara muzeyin kolleksiyaları, burada nümayiş etdirilən sənət əsərləri haqqında məlumat verilib. Sonra ahıllar “Şuşa, zəfərin mübarək” adlı kölgə teatr tamaşasını izləyiblər. Həmçinin onlar üçün ustad dərsi təşkil olunub.
Qeyd edək ki, 210 ahılın yaşadığı Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun infrastruktur qurulub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunması və asudə vaxtı mənalı keçirmək üçün şərait yaradılıb. Onlar burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə