İçkili vəziyyətdə avtomobil idarə etmənin cəzası nədir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Nəqliyyat vasitəsini idarə edən sürücü sərxoş olduğu hiss olunarsa, saxlanılır". Bu sözləri SİA-ya açıqlamasında vəkil Anar Qasımlı deyib.

O bildirib ki, sərxoş sürücü müayinə olunur, sərxoş olması müəyyən olunsa, barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunur: "Tutmaq və ya cərimə etmək artıq məhkəmənin səlahiyyətindədir. İşin hallarından, şəxsiyyəti xarakterizə edən məlumatlardan, başqa qanun pozuntusu törədib-törətməməsindən asılı olaraq məhkəmə qərar qəbul edir.
Şəxsin sərxoşluğunun xüsusi cihaz vasitəsilə yoxlanılması sanitariya-gigiyena qaydalarına riayət edilməklə həyata keçirilir.
Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi bu hallarda baş verir:
Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir;
Nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;
Ayaq üstə sərbəst dayana bilmədikdə;
Özünü idarə edə bilmədikdə.
Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir.
Şəxs içkili tutulubsa, elə nə əməli varsa, ayılmasını gözləmirlər, müvafiq sənədləşmə aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB