Bakının 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinə qədər) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.
"Bununla əlaqədar abonentlərdən üzr istəyirik", - deyə qurum bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB