Şahin Bağırov Qaxda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Qaxda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov iyulun 19-da saat 10:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi 4) Qax, Şəki və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA-nın Komitəyə istinadən verdiyi məlumata görə, qəbul zamanı Qax, Şəki və Zaqatala rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə