Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib. SİA xəbər verir ki, ictimai dinləmədə aidiyyəti dövlət qurumları, tikinti şirkətləri, ekspertlər, layihə icraçılarının, QHT və KİV nümayəndələri, media nümayəndələri iştirak ediblər.

İctimai dinləmənı çıxış nitqi ilə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov edib.

Dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair müzakirələr aparılıb, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrənilib.

Tədbirdə gündəlikdə olan məsələlər müzakirə olunub:
1. Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında "İnvest M. Construction" MMC tərəfindən inşa olunan yaşayış binasının tikinti altına düşən yaşıllıqların götürülməsi.
2. Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki Ziya Bünyadov küçəsinə paralel olaraq "Koroğlu" metro stansiyasına gedən yeni avtomobil yolun, "Keşlə" bazarın yaxınlığında, Əliyar Əliyev küçəsində tikiləcək tunelin altına düşən yaşıllıqların köçürülməsi;
3. Heydər Əliyev prospekti 167 ünvanında Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının sahəsinin ön giriş nöqtələrinə düşən yaşıllıqların köçürülməsi;
4. Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yeni parkın salınması və yeraltı keçidlə Dədə Qorqud parkı ilə birləşdirilməsi;

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə