Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilir. SİA xəbər verir ki, ictimai dinləmədə aidiyyəti dövlət qurumları, tikinti şirkətləri, ekspertlər, layihə icraçılarının, QHT və KİV nümayəndələri, media nümayəndələri iştirak edirlər.

Dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair müzakirələr aparılır, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunur, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrənilir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə