Parkinqlərin ödənişli olması şəhərdə maşınların azalması üçün faydalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ
"Dünya ölkələrinin istifadə etdiyi istənilən texnoloji yenilik onların praktikadan keçmiş üstünlükləri, təbii ki, bizdə də öyrənilməlidir və tətbiqi vacibdir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, bununla yanaşı Bakı şəhərinin özünəməxsus bir nəqliyyat tendensiyası var: "Yəni Bakı şəhəri Şərq şəhəridir, Şərq memarlıq üslubunda inşa olunub. Bir tərəfi yarımadadır, yəni üç tərəfi su ilə əhatə olunub. Həm də şəhərin öz forması dağlıqdır. Yəni burada infrastrukturun qurulması çox çətin prosesdir. O cümlədən də, şəhərin özünəməxsus hazırkı infrastrukturu, yollar, küçələri hərəkəti buraxmaq qabiliyyəti, yüklənməsi üçün imkan vermir ki, hansısa işi görəsən, hər hansı yeniliyi tətbiq edəsən.
Bu kimi məsələlər Bakı şəhəri üçün özünəməxsus çətinliklər yaradır. Bundan da əlavə aidiyyəti qurumlar qarşısında təklif də edirik ki, parkinq sistemlərinin vahid bir sistemi olsa, daha yaxşı olar. Əgər gəldiyimiz küçədə yer yoxdursa, digər küçədə yer ola bilər. Ona görə də yer axtarmalıyıq. Bu kimi məsələlər varkən biz məsələnin mahiyyətini öyrənməyə çalışmalıyıq. Biz bilməliyik ki, hansı küçədə yer var, biz oraya yaxınlaşa bilərik, yer yoxdursa, yaxınlaşmamalıyıq. Yəni əlavə də yükləmə gətirməyək. Bu texnoloji yeniliklər beynəlxalq sistemlərin tətbiq edilməsi təqdirəlayiq addım olar. Tıxacın həlli üçün hər bir addım küçədə nizamlanma varsa, müsbət qarşılanır, biz ona müsbət də münasibət bildirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB