“COP29 ərəfəsində metropoliten ərazisində könüllülərin fəaliyyəti istisna edilmir” - QURUM RƏSMİSİ DANIŞDI

“COP29 ərəfəsində metropoliten ərazisində könüllülərin fəaliyyəti istisna edilmir” - QURUM RƏSMİSİ DANIŞDI

“Bakının ev sahibliyi edəcəyi beynəlxalq konfrans olan COP29-la əlaqədar olaraq Bakı Metropolitenində yanvar ayından etibarən silsilə tədbirlər başlayıb. Həmin dövrdə ilkin məlumatlar əsasında artıq Bakı Metropolitenində bir sıra icrası zamanı məhz COP29 dövrünə qədər təmir, bərpa və digər məsələlərin həlli ilə bağlı xüsusi yanaşma tətbiq olunub. Bundan əlavə COP29 ərəfəsində ən mühüm məsələlərdən biri şəhər mühitinin canlı orqanizm kimi fəaliyyətinin öz axarı ilə sabit qaydada saxlanılmasıdır. Bu isə o deməkdir ki, Metropolitenin bütün sərnişinlərini, o cümlədən COP29 iştirakçılarının təhlükəsizliyi ilə əlaqədar məsələlər xüsusi olaraq diqqətdə saxlanılır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yanvar ayından başlayan tədbirlər sırasında bütün sərnişinlərin maraqları öz əksini tapmalı olduğundan həm sərnişin məmnunluğu, həm də COP29-la bağlı sərnişin axınının artması ilə bağlı “Koroğlu”, “28 may” kimi stansiyalarda “bakıkart”-ın doldurulması üçün əlavə avadanlıqlar quraşdırıldı və bu öz effektini göstərdi: “Ümumiyyətlə ödəniş sistemi ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

COP29 ərəfəsində metropoliten ərazisində könüllülərin fəaliyyəti də istisna edilmir. Ümumilikdə Bakı Metropoliteni təbliğat və təşkilat məsələlərində qarşıya qoyduğu bütün hədəflərə çatıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə