"Mənəvi anlayışlar məna olaraq maddiləşib" - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Mənəvi anlayışlar məna olaraq maddiləşib. Nəsillər arasındakı dəyişikliklər düşüncənin dəyişməsindən irəli gəlir ki, şərtlər və imkanlar dəyişdiyi üçün insanların həyata baxışı da dəyişib”. Bu sözləri SİA-ya danışan psixoloq Rövşən Nəcəfov deyib.
Onun sözlərinə görə, insan etdiyi seçimlərin məsuliyyətini daşımalıdır: “Başqalarının etdiyi seçimlərlə həyatı yaşamaq doğru deyil. Ola bilər ki, böyüklərin seçimi uğurlu olsun. Amma hər zaman böyüklərin seçimləri davamlı olmaya bilər. Münasibət anlayış iki şəxsin qarşılıqlı seçim etməsidir. Mühit şərtlər və imkanları tənzimləyir. Şərtlər və imkanlar şəxsin münasibətinə təsir edir. Ehtiyaclar öz mahiyyətini dəyişir. Mübarizə aparmayan insanlar hər şeyin əlçatan olmasını istəyirlər. İnsanlar rahatlıq axtarışındadırlar. Yeni və köhnə nəsil düşüncəsində fərqliliklər hər zaman olur, olması da normaldır”.
Psixoloq bildirib ki, münasibətlər zamanı şəxsin həyata baxışı xüsusi meyardır: “İki şəxs arasındakı münasibətin tənzimlənməsi emosional bağlılığa söykənir. Cinsi münasibət hər zaman cütlüklərin bir-birinə olan münasibətinə təsir edir. Ümumi mənzərəni statistik ifadə etmək doğru deyil. İnformasiyaların insanlara bu qədər yaxın olması münasibətlərə təsir edir. Rəqəmsal dünyadakl fərqli həyatlar müxtəliflik anlayışlarını inkişaf etdirir. Rəqəmsal dünya alternativ düşüncələrin yaranmasına təsir edir. Maddiyyat insanların şəxsi həyatında rahatlığı təmin etdiyi üçün münasibətini də dəyişir. İnsanlar mənəvi zənginliklərini itirdikləri üçün maddi imkanlarını təmin etməyə çalışırlar.
Ailə münasibətlərində maddi çətinliklər mənəvi bağlılıqları soyudur. Boşanmalarda maddiyyat səbəb kimi görünsə də, psixoloji uyğunsuzluq əsas problemdir. Cinsi münasibətlərdə yaranan problemləri aradan qaldırmaq üçün tibbi və psixoloji müalicə alaraq tənzimləmək olar. Münasibətlərdə problemləri aradan qaldırmaq üçün qarşılıqlı dialoq olmalıdır. Cinsi və maddi problemlərin gələcəkdə olmaması üçün cütlüklər ailə qurmamışdan əvvəl psixoloji uyğunluq dəyərləndirilməsindən keçməlidirlər. Münasibətlər empatiya qurularaq anlayışlı və müsbət formada tənzimlənir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB