“Yaxın 5-10 ildə dini biliklərə yiyələnmiş dindarların sayı artacaq” - DEPUTAT DANIŞDI

“Din sahəsində fəaliyyət göstərənlərin dini təhsilli olması vacib məsələlədir. Çünki dini təhsili olmayan şəxslərin dinlə məşğul olması cahilliyə aparır və radikal dini cərəyanların inkişafına yol açır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, ölkəmizdə dini təhsil verən İlahaiyyat Universiteti fəaliyyət göstərir: “Bir vaxtlar bu dini təhsil ocağı yox idi və dini biliklərə yiyələnmək istəyənlər xaricdə təhsil alırdılar. Bu gün isə dini təhsilin xaricdə almasına ehtiyac qalmayıb. Universiteti hər il kifayət qədər dini biliklərə yiyələnmiş gənc bitirir və onların bir hissəsi din sahəsində fəaliyyət göstərirlər. Dini etiqad haqqında qanunda dini təhsillə bağlı tələblər müəyyənləşmişdir. Bu baxımdan yerli universitetdə təhsil almağın ən düzgün yol olduğunu hesab edirəm. Təhsilli dindarların kifayət qədər olmaması isə başqa mövzudur. Çünki 15-20 il əvvəl dini bilikləri olan dindarlar barmaqla sayılan qədər idi. Bu gün isə dini icmalarda fəaliyyət göstərən dindarların əksəriyyəti dini biliklər almış şəxslərdir. Yaxın 5-10 ildə isə dini biliklərə yiyələnmiş dindarların daha çox olacağını hesab edirəm. Çünki İlhaiyyət Universiteti hər il kifayət qədər mütəxəsis buraxır.”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə