“Bəbirlər yaşayan XMOTƏ-lərin sahəsi xeyli genişləndirilib“ - Firuddin Əliyev

“Bəbirin respublikamızda mühafizəsi üçün geniş Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi (XMOTƏ) şəbəkəsi vardır”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, son illərdə bəbirlər yaşayan XMOTƏ-lərin sahəsi xeyli genişləndirilib: “Belə ki, Naxçıvanda ötən əsrdə yalnız Ordubad yasaqlığı (40 000 ha) var idisə, hazırda orada ümumi sahəsi 148 645 hektar olan 4 XMOTƏ fəaliyyət göstərir. Əvvəllər mövcud olan 2 906 hektarlıq Hirkan qoruğunun bazasında yaradılan Hirkan milli parkının sahəsi 40 358 ha çatdırılıb.

İşğaldan azad olmuş ərazilərimizdə də yeni XMOTƏ-lərin yaradılması və paralel olaraq mühafizənin gücləndirilməsi nəzərdə tutulur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə