Masallı rayonunda vətəndaş məmunluğu

Masallının rayon rəhbəri Təzə Alvadı ərazisinin sakinləri ilə görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Təzə Alvadı ərazisində keçirmişdir. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanuna müvafiq izahat verilmiş və vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə