“Yaşıl dünya naminə həmrəylik ili” ilə tədbirlər planı”nın çərçivəsində tədbir keçirilib - FOTOLAR

Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 iyun 2024-cü il tarixində Xəzər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində tədbir keçirilib. SİA xəbər verir ki, AMEA-nın Biologiya Tibb elmləri bölməsinin vitse-prezidenti professor İradə Hüseynova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Elşad Qurbanov, “Abşeron” Təcrübə Stansiyasının direktoru, professor Cəbrayıl Ağayev, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Samirə Bağırova, Nəbatat Bağının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildiriblər ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

Daha sonra İradə Hüseynova, Səyyarə İbadullayeva, Elşad Qurbanov və Cəbrayıl Ağayev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının, eyni zamanda "COP29” tədbirinə məhz ölkəmizin ev sahibliyi etməsinin əhəmiyyətində danışaraq, dünyada baş verən iqlim dəyişikliklərinin ölkəmizdən də yan keçmədiyini, yaranmış ekoloji problemlərin həlli istiqamətində atılan mühüm əməli addımlar və əldə olunacaq nəticələ barədə məlumat veriblər.

Çıxışlardan sonra konfrans iştirakçıları arasında mövzu ətrafında maraqlı diskusiya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə