“İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ

“Hər bir tolerant ölkədə öz dininin tələblərinə uyğun yaşamaq vətəndaşın hüququdur. İslam dininin də prinsiplərinə əsasən halal toylar və musiqilər, haram toylar və musiqilər kateqoriyası var. Buna görə də istənilən toyda iştirak edən, musiqiyə qulaq asan insana hörmətlə yanaşdığımız kimi bunlardan imtina edənlərə də hörmətlə yanaşmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, bu məsələdə hər kəs öz əqidəsinə uyğun şəkildə davranır:
“İslam dinində məshəbindən asılı olmayaraq şəriət tərəfindən halal sayılan və sayılmayan musiqilər var. Buna görə də müsəlmanlar İslamın tələbinə uyğun olaraq bunlara riayət etməlidirlər.

Vətəndaş nikahı İslam dininə əsasən məqbul sayılmır. Amma dövlət qanunlarına uyğun şəkildə qeydiyyatın olması da vacibdir. Dini nikah isə İslam dininə əsasən bir cütlüyün evliliyinə ilk növbədə Allah-təala razı olmalıdır. Burada oğlanın, qız və atasının razılığı olmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə