Kişilərin həyat yoldaşlarını dinləməməsinin səbəbi nədir? - PSİXOLOQ İZAH ETDİ

"Ümumiyyətlə, ailə qurmazdan əvvəl hər bir cütlük çalışmalıdır ki, bir-biri ilə həm dil tapmağı, həm psixoloji söhbətlər aparmağı, həm də məişət məsələlərini bölüşməyi öyrənsin". SİA mövzu il bağlı psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib.

Psixoloq bildirib ki, təəssüflər olsun ki, cütlüklər arasında bu, indiki dövrdə bir az çətindir: "İndi insanlar bir-birini tanımaqda çətinlik çəkirlər, hövsələsizdirlər. Ona görə də bir-birlərinə qarşı psixoloji olaraq həm şiddət, həm səbrsizlik göstərib bir-birlərini dinləmirlər.

Psixoloji olaraq bir-birimizi anlamaq üçün əvvəlcə bir-birimizi tanımalıyıq. Bir-birini tanıyan cütlüklər, əlbəttə ki, sonradan dialoqlarını da uyğun şəkildə apara bilirlər. Əsas məsələ evlilik öncəsi cütlüklərin qarşı tərəfi xarakter olaraq tanıması, çox vaxt keçirməsi, bir-birinə qarşı səmimi olması, dinləməyi öyrənmələridir. Bunlar olarsa, sonradan artıq onların münasibətlərində səmimilik yaranır və bir-birlərini dinləyirlər, problemlərini həll edirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə