Silahlı Qüvvələrimiz müstəqilliyimizin, suverenliyimizi əsas atributlarındandır – DEPUTAT ŞƏRHİ
“106 yaşlı Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi döyüş yolu, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəri nəticəsində 30 illik erməni işğalına son qoyuldu. Yenilməz ordumuz qüdrətli və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını torpaqlarımızdan qovub çıxarmaqla bütöv və müstəqil Azərbaycanın sərhədlərini, suveren hüquqlarını bərpa etdi. Bu möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələr hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarındandır. Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində milli hərbi kadrların yetişdirilməsi üçün apardığı böyük işlər, eyni zamanda Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın silahlı qüvvələrinə göstərdiyi diqqət və qayğı bu günkü zəfərlərimizin ana xəttini təşkil edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputataı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılması, böyük liderin bütün dəmir maniələri yarıb keçən cəsarətli addımları, öz xalqının gələcəyi üçün gördüyü tarixi addım sayılmalıdır. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrildi. İlham Əliyevin təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi mindən çox müdafiə və hücum təyinatlı məhsullar istehsal edir. Prezident İlham Əliyev hər zaman Milli Ordumuzun Müdafiə qüdrətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılmasına böyük diqqət ayırır. Son illərdə Azərbaycanın hərbi sənaye kompleksində ən müasir və müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları istehsal edilir. Azərbaycanın öz zavodlarında istehsal edilən hərbi təyinatlı məhsullar ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Bu hərbi məhsullar Azərbaycan Ordusunu təmin etməklə yanaşı digər xarici ölkələrə də ixrac olunur. Eyni zamanda ölkəmiz bir çox dövlətlərlə müqavilələr imzalayaraq hərbi əməkdaşlıq əlaqələrini gücləndirir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB ölkələri arasında lider dövlətlər sırasındadır. "Qlobal Fire Power" mərkəzinin hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sıralarında yer alır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB