İsmayıllı-Lahıc avtomobil yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub - YENİLƏNİB

Güclü yağışdan sonra bağlanan İsmayıllı-Lahıc avtomobil yolu açılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazisindən keçən hissəsində dağlardan gələn iri qaya parçaları və daşlar, həmçinin lil qatı yolun hərəkət hissəsindən təmizlənib. Avtomobillərin hərəkəti qismən bərpa olunub. Yolun tam açılması istiqamətində işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə