"Qlobal çağırışlar və sosial elmlər" mövzusunda dəyirmi masa keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Sosial Tədqiqatlar Mərkəzində "Qlobal çağırışlar və sosial elmlər" mövzusunda dəyirmi masa keçirilir. SİA xəbər verir ki, tədbirdə E.Giddens və F.Sattonun "Sosiologiyada əsas anlayışlar" kitabının Azərbaycan dilində nəşri təqdim edilir.

Tədbirdə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Millət vəkili, MM İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru, MM Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, fəlsəfə elmləri doktoru, Professor, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, İlham Məmmədzadə, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə, Ali məktəb nümayəndələri, QHT nümayəndələri, sosioloqlar, media nümayəndələri iştirak edirlər.

Açılış nitqi ilə Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev çıxış edib kitab haqqında məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə