"By Youth For Youth" Beynəlxalq Forumunun ikinci günü keçirilir

Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə "By Youth For Youth" adlı Beynəlxalq Forumun ikinci günü başlayıb. SİA xəbər verir ki, bu gün Forum çərçivəsində panel müzakirələri, təqdimatlar və bağlanış mərasimi olacaq.

Forumda dövlət rəsmiləri, ICESCO rəhbərliyi və katibliyi, müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və 55 ölkədən 160-dan çox gənc iştirak edirlər.

Xatırladaq ki, tədbirin ilk günü iyunun 25-də Şuşada keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə