Üç böyük şəhərimizdə narkomaniya ilə bağlı maarifləndirici sosial çarxlar yayımlanır - FOTOLAR

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu narkomanlığın zərəri barədə hazırlanmış “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 qaynar xətt” adlı sosial roliklərin Dövlət Reklam Agentliyi vasitəsilə bu il iyunun 14-dən etibarən Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlayıb. Komissiyanın işçi qrupundan SİA-ya verilən məlumata görə, həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır.

Videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə