AQTA əməkdaşları Şuşaya səfər edib - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bir qrup əməkdaşı Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəindən məlumat verilib.

Agentliyin Həmkarlar Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində əməkdaşlar tarixi və mədəni abidələri ziyarət edib, Şuşada Cıdır düzü, M.P.Vaqif məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalası, Laçın rayonunun gəzməli-görməli yerlərində olublar. Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin tarixi, coğrafi, mədəni irsi və Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusu tərəfindən göstərilən şücaət haqqında geniş məlumat verilib, şəhid və qazilərimizə böyük hörmət və ehtiram ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə