Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, qeyri-sabit hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək davam edəcək.

Yağıntıların bölgələrdə iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə