Çox yaşamaq istəyirsən, onda pendir ye!

...Bu arada aparılan genetik analiz, daha yaxşı zehni rifahı olan insanların daha uzun və daha sağlam ömür sürməyə meylli olduğunu müəyyən edib.

Və bunun üçün daha çox pendir yemək əhəmiyyətli rol oynaya bilər?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Sciencealert.com yazır.

Qeyd olunur ki, Çində tədqiqatçılar milyonlarla avropalının genlərini təhlil ediblər.

Tədqiqat müəllifləri deyirlər ki, onların tapıntıları sosial-iqtisadi statusdan asılı olmayaraq, psixi rifahın yaxşılaşdırılmasının sağlam qocalmanın əlverişli yolu olduğuna dair ümidverici sübutlar təqdim edir.

Deməli, daha çox pendir və meyvə yediyini bildirən iştirakçılar daha yüksək zehni rifah səviyyəsinə malik olduqlarını göstəriblər. Üstəlik, daha çox pendir yemək onların heysiyyətinə və ömür uzunluğuna 3,67 faiz müsbət təsir edib.

...Bu ilkin araşdırmalara əsasən, pendir ağıl və bədən üçün faydalı ola bilər. Əgər siz daha uzun və sağlam yaşamaq istəyirsinizsə, hərdənbir makaronunuza bir az Parmezan səpməkdən daha çox şey edə bilərsiniz.

Məqalədə belə deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə