Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı 45,4% artıb

Cari ilin iyun ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı 1 milyon 854 min 607 nəfərə çatıb. 2017- ci ildə isə leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı 1 milyon 275 min 119 nəfər təşkil edirdi. Həmin dövrdən keçən yeddi illik müddət ərzində işçilərin fəaliyyətinin leqallaşdırılmasında 45,4 faiz artım müşahidə edilib. SİA xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin rəhbərlərinin beşinci müşavirəsində çıxış edərkən deyib.

Ə. Əhmədov qeyd edib ki, 2017-ci ildən bu günə kimi 580 minə yaxın işçinin əmək fəaliyyəti leqallaşdırılıb. Onun sözlərinə görə,

“45,4 faizlik artım yaxşı göstərici hesab olunur. Lakin bu rəqəm bizi tam qane etmir” - deyə Ə.Əhmədov vurğulayıb.

O xatırladıb ki, fəaliyyəti qanunvericiliklə tənzimlənməyən işçilər gələcəkdə pensiya yaşına çatanda müəyyən problemlər yaşayırlar

Bütün xəbərlər Facebook səhifəmizdə