Komitə sədri Xaçmazfa vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın Komitəyə istinadən verdiyi məlumata görə, Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Xaçmaz, Quba, Qusar və Şabran rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə