Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. BŞİH-nin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müşavirədə bir sıra məsələlər müzakirə edilib. Toplantıda Bakı Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən monitorinq qruplarının rayonlar üzrə mütəmadi olaraq reydlər keçirdiyi qeyd edilib. Bildirilib ki, reydlər əsasında mövcud çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli rayon icra hakimiyyətinə (RİH) göndərilir.
Paytaxt ərazisində təmizlik məsələlərinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlərin müzakirə edilməsi, aşkarlanan nöqsanların qısa müddətdə aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi tövsiyə edilib.
Müşavirədə, həmçinin şənbə günü təmizliklə bağlı ümumşəhər daxili iməciliyinin keçirilməsi tapşırılıb.
Paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi komissiyanın yaradılması qərara alınıb. Komissiyanın üzvləri aidiyyəti qurumların nümayəndələri ilə birgə təmir işlərinin monitorinqini həyata keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB