Baş prokuror iyunun 28-də vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev cari il iyunun 28-də Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, qəbul saat saat 10:00-da Qazax rayon prokurorluğunun inzibati binasında baş tutacaq.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə