Komitə sədri iyunun 25-də vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 25-də Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Biıdirilib ki, qəbul saat 11:00-da Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə