"Ağdamda görülən möhtəşəm işlərin nəticəsinin şahidi olduq"

Ağdamda dağıntıların izlərini öz gözlərinizlə görmək insanı soka salan bir hissdir. Bununla yanaşı, artıq bir neçə ildir ki, burada tikinti-bərpa işlərinin aparılması Azərbaycan xalqının ruhundan, iradəsindən xəbər verir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri iyunun 18-də nümayəndə heyəti ilə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki müsahibəsində deyib.

O qeyd edib: “Müharibəni görməyən hər kəs Ağdamda törədilən dağıntıların miqyasından şoka düşəcək. Macarıstan Azərbaycan hökumətini dəstəkləyir. Biz, həmçinin bu ərazilərdə aparılan işləri, xüsusən də minalardan təmizləmə prosesini dəstəkləyirik”.

Macarıstan parlamenti üzvünün sözlərinə görə, şəhərin 30 il əvvəlki vəziyyəti ilə indiki vəziyyətini müqayisə edən fotoşəkillər nümayəndə heyətində böyük təəssürat yaradıb. “Bu, şübhəsiz ki, təsiredicidir. Bu yerləri ziyarət etmək və dağıntıları öz gözlərinizlə görmək fürsətinə görə sizə təşəkkür etmək istərdik. Biz burada şahidi olduğumuz möhtəşəm işlərin nəticəsi münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirik”, -deyə Atilla Tilki bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə