“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Avrora Qrup korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti yardım aksiyasını təşkil edib. Şirkət bu il də Qurban Bayramı ilə əlaqədar ehtiyaclı insanların yanında olub.

SİA xəbər verir ki, yardım aksiyası zamanı "Ümid Yeri" uşaq sığınacağı, “Nur” uşaq evi, “Azərbaycan Uşaqlar İctimai Birliyi” nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi” və "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin qadın və uşaq sığınma evinə qida məhsulları və gigiyenik vasitələrdən ibarət yardım bağlamaları çatdırılıb.

Eyni zamanda şirkət Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətində qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları yollayıb.

Bundan başqa Avrora Qrup bayram ilə əlaqədar ümumilikdə 2,5 ton qurbanlıq ət bağlamalarını aztəminatlı ailələrə paylayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə