Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu - FOTOLAR

15 iyun 2024-cü il tarixində Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunan səyyar plenum öz işinə başladı. SİA xəbər verir ki, əvvəlcə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla nümayəndə heyəti və Gəncə ziyalıları Ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında səyyar plenumun açılışı oldu. Giriş sözü ilə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Respublikanın Əməkdar artisti Ramil Qasımov çıxış edərək 90 illik Bəstəkarlar İttifaqının və İttifaqın Gəncə bölməsinin fəaliyyətindən danışaraq tamaşaçıları səyyar plenumun işi ilə tanış etdilər. Açılış mərasimində Gəncə Dövlət Filarmoniyası kollektivlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Plenum öz işini 16 və 17 iyun tarixlərində davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə