Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bərabərlik hüququna həsr olunan “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirdə iştirak edən Ombudsman Aparatının əməkdaşı Yeganə Quliyeva ahıl şəxslərin hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Yekunda ahılların bərabərlik hüquqlarının müdafiəsi və ahıllara göstərilən dövlət qayğısı ilə bağlı məsələlər geniş formada müzakirə olunub, fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə