“Antik yunan dönəmində Narkisos adlı yaraşıqlı bir gənc olub. Nehir tanrısı və su pərisini oğlu olan Narkisos insanlar üzərində qəribə bir təsirə malik olub və onu görən hər kəsdə qəribə təəssürat yaradıb. Kahinlər onun haqqında belə bir qərara gəlir ki, Nakisos uzun ömür yaşayacaq amma bir şərtlə ki, öz simasını güzgüdə görməsin. Narkisos bir gün çayda su içərkən gözəl bir sima görür. Gördüyü görüntü gerçək olmur. Bu gerçəyə çevrilə bilməzdi və Narkisos həmin gözəl insanın sudan çıxıb onu sevməsini sonsuza qədər gözləyir. Nəticədə yorğunluqdan dünyasını dəyişir. Su pəriləri onun cəsədini tapmağa gələndə cəsədin yerinə bir çiçək tapırlar və o çiçəyin adı nərgiz idi. Narsist insanlar hər kəsi yox sayır. Çox zaman biz deyirik ki, kim güzgüyə çox baxdısa, özünü sevdisə bu insan narsistdir. Əslində belə deyil”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.
Psixoloq sözlərinə belə davam edib: “Əlamətləri: Başqalarından üstün olduğunu düşünmək və bu şəkildə davranmaq, özünü çox önəmli biri zənn etmək, empatiya qura bilməmək, istədiyi hər şeyə sahib olma haqqının olduğunu düşünmək, uğursuzluğu gizlədib yalnız uğuru önə çıxarmaq, kiçik uğuru olduğu zaman çox öyünmək, başqa insanların hər zaman ona paxıllıq etdiyini düşünmək, stressə qarşı həsass olmaq, gerçək olmayan hədəflər qoymaq.
Səbəbləri: Uşaqlıqda yaşanan fiziki şiddət, psixoloji basqı, genetik səbəblər, özünü dəyərli görməmək, uşaqlıqda valideynlər və ya böyüdülən şəxs tərəfindən aşırı təriflənmək və ya yarqılanmaq. Narsist şəxsiyyət pozuntusu medikomentoz müalicə və psixoterapiya tələb edən bir diaqnozdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB