Günəş şüasının orqanizmə verdiyi zərərlər BƏLLİ OLDU - HƏKİM DANIŞDI

Günəş şüasının orqanizmə verdiyi zərərlər BƏLLİ OLDU - HƏKİM DANIŞDI

“Günəş şüasının orqanizmə faydaları içərisində ilk olaraq vitamin “D”ni qeyd etməliyik. Belə ki, vitamin “D” çatışmazlığı orqanizmdə sümüyün inkişafının ləngiməsinə, immunitetin aşağı düşməsi və allergik xəstəliklərin yaranmasına səbəb olur. İmmunitetin aşağı düşməsinin özü ardınca saysız xəstəlikləri gətirir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

O bildirib ki, vitamin “D” çatışmazlığı hər orqanizmdə özünü fərqli şəkildə göstərir: “Nəzərə almalıyıq ki, heç bir qidanın tərkibində “D” vitamini yoxdur. Bu yalnız Günəş şüası vasitəsilə orqanizmə ötürülür. Lakin Günəş vasitəsilə də vitamini düzgün qəbul etməyə diqqət göstərmək lazımdır. Belə ki, səhər saat 10:00-a kimi və günorta saat 16:00-dan sonra Günəş şüası qəbul etmək fayda verəcəkdir.

Bəzi insanlar Günəş şüasını düzgün qəbul etmədikdə və ya havaya çox çıxmadıqda solariumdan istifadə etməyə yönəlirlər. Lakin bu da düzgün seçim deyil.

Günəş şüasından düzgün istifadə etmədikdə müəyyən problemlər ortaya çıxır. Bəzən bu problemlər həmin an özünü göstərmir. Çox zaman dəri xərçəngləri Günəş şüası altında düzgün olmayan saatlarda çox qaldıqda yaranır. Hətta dəridə yaranan bəzi ləkələr də məhz Günəş şüasının təsirindəndir.

Günəş kremlərindən istifadə etmək məsləhət görülür. Bu kremlər dərinin zədələnməsinin qarşısını alır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə