Bakıda orta aylıq əməkhaqqı 1 243 manatı ötüb

2024-cü ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1243,7 manat təşkil edib. SİA Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxta orta aylıq əməmkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artıb.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 985,3 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə