Uşaqlar niyə yalan danışır? - PSİXOLOQ FİKRİ

“Yalan başqalarını aldatmaq məqsədi ilə uydurulmuş sözlər və davranışlardır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq sözlərinə belə davam edib: “Uşaqlar 6 yaşa qədər yalan və doğrunu aid edə bilmirlər və bu yaşa qədər danışılan yalanların önəmi yoxdur. Onlarda məktəb öncəsi yalana tez-tez rast gəlirik.

Uşaq bir sıra hadisə uydura bilər. Onlar xəyalən bəzi insanlar, dostlar yarada bilir. Bunlar oyun məqsədli olur. Uşaqlar qurduğu bu xəyalları gerçək kimi qəbul edir.

Məktəbəqədər yaş dönəmində olan uşaqların yalan danışması ilə bağlı narahatlığa əsas yoxdur. Uşağı doğru danışmağa məcbur etmək, yalan dediyini sübut etməyə çalışmaq yalnışdır. Ona yetəri qədər vaxt ayırmaq, dost qazanmasına yardımçı olmaq məsləhətdir. Uşaqların kiçik yalanları arzu və xəyaldırsa, bu xəyalları həqiqətə çevirmək üçün valideynlər səy göstərməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə