Metroda QR bilet istifadəçilərinin sayı bir ayda 74 faiz artıb

"Bakı Metropoliteni" QSC-nin cəmi 5 aydır istifadəyə verilmiş QR biletlə ödəniş sistemi sərnişinlər arasında rəğbət qazanmaqdadır. QSC-dən SİA-ya bildirilib ki, aprel ayı ilə (257 min 198 sərnişin) müqayisədə mayda bu üsulla ödəniş üçün müraciət edənlərin sayı 73,9 faiz artaraq, 447 min 237 sərnişin təşkil edib. Orta statistik hesabla gün ərzində 14 min 427 sərnişin (mart ayında - 5 min 723, aprel ayında 8 min 573 sərnişin) QR bilet sistemi ilə ödəniş edib.

Gün ərzində bu üsuldan istifadə edənlərin sayı ilk dəfə 23 minə yaxınlaşıb. May ayının 31-də 20 min 55 sərnişin bu elektron ödəniş üsulundan istifadə edib və bu, həm də bir gün ərzində ilin ən böyük göstəricisidir.

Stansiyalar üzrə statistik məlumatlara gəlincə, “28 May” stansiyası QR biletlə ay ərzində rekord sayı, 40 min ödəniş həddini keçib – 41 min 927 sərnişin. “Gənclik” (36 min 54), “Nərimanov” (33 min 91) və “20 Yanvar” (30 min 390) stansiyalarında isə QR biletə müraciət edənlərin sayı 30 mindən artıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə