Pensiyalar bu tarixdə tam ödəniləcək

Pensiyalar bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyunun 14-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub. Bu barədə SİA-ya Fonddan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə