Hə, indi atan içən olubsa, sən də içən olacaqsan..?

Hə, indi atan içən olubsa, sən də içən olacaqsan..?

...Heç kimə sirr deyil ki, alkoqolizmin inkişafında genetik meyllilik mühüm rol oynayır. Alkoqolizmin inkişafına hansı genlər təsir edir və içki içən valideynlərdən doğulan uşaqlar asılılığa məhkumdurlarmı?

...Asılı insanlarda daha çox rast gəlinən bəzi xromosom lokuslarında genlər, daha dəqiq desək, zədələnmələr həqiqətən mövcuddur. Ancaq genetik meyl olsa belə, hər kəs alkoqolik olmur. Belə ki, uşağın böyüdüyü mühit böyük əhəmiyyət kəsb edir. Çoxsaylı tədqiqatlar, o cümlədən əkizlərin iştirakı ilə aparılan araşdırmalar göstərmişdir ki, içki içən valideynlərdən uzaqlaşdırılan və firavan ailələrə yerləşdirilən uşaqlar alkoqolik olmurlar.

Hə, yeri gəlmişkən, SİA-nın əldə etdiyi məlumata görə, bunu bu sahənin mütəxxəsisi, psixiatr və narkoloq Dmitri Boldırev bildirib.

Qeyd edək ki, Şimali Karolina Universitetinin alimləri valideynlərindən birinin alkoqol asılılığından əziyyət çəkən 400 tələbəni müayinə ediblər.

Deyilənlərə görə, tələbələrin özünün isə spirtli içki ilə bağlı problemi olmayıb.

Genetik tədqiqatın nəticələri göstərdi ki, CYP2E1 geni spirtə qarşı həssaslıqdan məsuldur. Diaqnozu olanlar alkoqolun minimal dozalarından demək olar ki, dərhal sərxoş olublar. Amma məlum olub ki, bu insanların orqanizmi spirti daha tez parçalayır və onu xaric edir.

Yəni “tez sərxoş olanlar” “özləri içə” bilməzlər. Alimlərin fikrincə, insanların 10-20 faizində bu gen var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə