Bəzi ərazilərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA
İyunun 9-u saat 16:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB