Monako və ətraf ərazidə yaşayanlara konsulluq xidməti göstərilib

Monako və ətraf ərazidə yaşayanlara konsulluq xidməti göstərilib

Azərbaycanın Fransadakı səfirliyi Monako Knyazlığı, Nitsa şəhəri, habelə ətraf ərazidə yaşayan vətəndaşlara konsulluq xidməti göstərib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Parisdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Cari ilin 8 iyun tarixində Səfirliyimiz tərəfindən Monako Knyazlığında, Fransanın Nitsa şəhərində, eləcə də ətraf ərazilərdə yaşayan həmvətənlərimizlə görüş keçirilib və onlara səyyar konsulluq xidmətləri göstərilib”, – mətbuat xidmətinin sosial şəbəkədə paylaşdığı mətndə diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə